Dünya 22:22 31.05.2013

Taksimdə yaralananlar və saxlanılanlar var

İstanbulun Gezi Parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilib.

Qaynar.infonun məlumatına görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

Qaynar.info