Ölkə 15:13 15.05.2019

Taleh Şahsuvarlı Aslan İsmayılovu debata çağırdı

"Aslan İsmayılovu debata dəvət edirəm, onunla cəmiyyətin gözü önündə polemika aparmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm”.

Qaynarinfo xəbər verir ki, bu sözləri AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı öz şəxsi Facebook profilində yazıb.

Baş redaktor bildirib ki, Aslan İsmayılov az qala özünün bütün çıxışlarında "hakimiyyət məni təxribata çəkmək istəyir” deyə bəyanatlar verir:

"Ən yüksək polemika mədəniyyəti sərgiləməyə hazıram. Aslan İsmayılovla əlbəyaxa davaya çıxmayacam, sifətinə su firlatmayacam, təhqiramiz üslub sərgiləməyəcəm. Təxribata deyil, meydana, polemika meydanına çəkmək istəyirəm! Cəsarəti varsa, buyursun!".

T.Şahsuvarlının debat çağırışına A.İsmayılovdan hələ ki cavab gəlməyib.