Foto 16:58 13.12.2018

Tallində "Azərbaycan Bayrağı" Beynəlxalq İntellektual Festival keçirilib (FOTOLAR)

Tallində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən təşkil edilən "Azərbaycan Bayrağı" Beynəlxalq İntellektual Festival keçirilib.

"Atəşgah” İntellektual Oyunlar Klubundan  bildiriblər ki, layihə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunub və Azərbaycan İntellektual Oyunlar Federasiyası və Avropa İntellektual Klublar Assosiasiyasının himayəsi altında baş tutub. 

Təşkilat komitəsinin sədri İlkin Yetirmişli və Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin katibi Hüseyn Axundov Bayraq gününə həsr olunmuş Beynəlxalq festivalın əhəmiyyətini vurğulayıblar. Öz çıxışı zamanı Hüseyn Axundov bütün iştrakçıları salamalayaraq bu festivalın əhəmiyyəti haqqında danışıb və bu il Azərbaycan Bayrağının 100-yi təmam olduğunu iştrakçılara bildirib və bu festivalın keçirilməsinin Estoniyaya təsədüf etməsi  ona xüsüsi  bir sevinc bəxş edib. Festivalın Təşkilat Komitəsinin rəhbəri İlkin Yetirmişli isə öz növbəsində bu yarışın onun üçün ikiqat əhəmiyyətli oldğunu bildirib çünki Azərbaycan Bayrağının 100-yi tamam olmasından əlavə bu festivalın artığ beşinci dəfədir ki  keçirilir daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib və festival açığ elan olunub.

Festivalın proqramına "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" və "QuAz"  intellektual oyunu üzrə yarışlar daxil idi."Nə? Harada? Nə zaman?" oyunu üzrə turnirdə Rusiyanın "23  Krasnoye" komandası qazandı. İkinci yeri  Estoniyanın  "Kyaroskuro", üçüncü yeri isə Latviyanın "Tri İksa" komandası tutdu."Breyn-Rinq" üzrə turnirdə "Troye v lodke " (Estoniya) qalib gəldi. İkinici və üçüncü yerləri "Kyaroskuro " (Estoniya), "Kvadratura Tura" (Estoniya) komandaları qazandı. "QuAZ”  intellektual oyunu üzrə turniri isə Estoniyanın "Black Label" komandası qazandı.