Ekonomiks 20:47 03.08.2013

Tanınmış aktrisa serialdan ayrıldı

"Ümidsiz ev xanımları" serialında baş rollardan birinin ifaçısı olan Zeliş rolunu oynayan Evrim Solmaz xeyli müddətdir birlikdə yaşadığı Arda Şenerlə ailə qurub. 

Ans press-in verdiyi məlumata görə, aktrisa özü bunu elə səssiz edib ki, çoxları xəbər belə tuta bilməyib. 

A.Şenerin İzmirdəki bağında ailə üzvlərinin və yaxın dostlarının iştirakı ilə keçirilən ziyafətdə nikah masasına oturan cütlük, daha sonra tonqal ətrafında rəqs etməyi də unutmayıblar. Ana olmaq istədiyini gizlətməyən E.Solmaz bildirib ki, ilin sonunadək heç bir serialda çəkilməyəcək. O, hətta «Ümidsiz ev xanımları»ndan da ayrılacağını deyib. 

Qaynar.info