Uzun müddətdir efirlərdən uzaq düşən məşhur aparıcı İdris Cəfərov 5 il sonra yenidən ekranlara qayıdır.

Qaynarinfo xəbər verir ki, aparıcı bu dəfə yeni unikal realiti serial ilə tamaşaçıların qarşısına çıxacaq.

"ARB TV"də yayımlanacaq layihə "Əmi Can" adlanır.

Qeyd edək ki, yeni unikal realiti serialın ilk buraxılışı 16 fevral, saat 23:00-da yayımlanacaq.