Sənət 18:59 03.10.2020

Tanınmış azərbaycanlı aktyor döyüşə getdi

Aktyor Emil Musayev cəbhəyə yollanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat paylaşıblar. Bildiriblər ki, Emil Musayev artıq hərbi xidmətinə başlayıb.

Qeyd edək ki, Emil "Bəxt üzüyü 2”, "Kəklikotu”, "Ağanatiq”, "Bir xalanın sirri”, "Oğlan evi 2” və başqa filmlərdə çəkilib.