Video 12:56 04.11.2018

Tanınmış azərbaycanlı müğənni "O səs Türkiyə"də (VİDEO)

Azərbaycanlı müğənni Mina Hüseyn "O Səs Türkiyə" yarışmasına qatılıb. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, ifaçı gecədə Türkiyənin məşhur türküsü "Nayino"nu səsləndirib. Minanın ifasına münsif kürsüsündə oturan Seda Sayan, Bəyazit Öztürk (Bəyaz) və Murad Boz dönüb. Onlar müğənninin səsinə heyran qaldıqlarını bildiriblər. 

Seda Minanın Azərbaycandan gəldiyini və orada çox tanındığını bildirib. Sənətçi yarışmaya Seda Sayanla davam etmək istədiyini deyib. 

Qeyd edək ki, Mina "Dur oppan", "Hər şey istəyirəm" mahnılarıyla tanınıb.