Ölkə 10:02 31.03.2020

Tanınmış azərbaycanlı musiqiçi vəfat etdi (FOTO)

Tanınmış musiqiçi, ötən əsrin 80-ci illərində yaradılmış "Ümid" türk rəqs və musiqi ansamblının bədii rəhbəri olmuş Xanlar Cəfərov vəfat edib.

Publika.az xəbər verir ki, X.Cəfərov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, X.Cəfərov uzun müddət "Cəngi" studiyasının rəhbəri, tanınmış bəstəkar Rasim Müzəffərli ilə birlikdə çalışıb.