Ölkə 16:31 21.01.2021

Tanınmış jurnalist İTV-də işə başladı

Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri, tanınmış jurnalist Günay Malikqızı İctimai televiziyada işə başlayıb.

Bakupost.az-ın məlumatına görə, G.Malikqızı İTV-də "Diqqət mərkəzi" proqramının aparıcısı vəzifəsində çalışır.

Qeyd edək ki, G.Malikqızı bundan əvvəlki illərdə "Xəzər", "Lider" və "Space" televiziyalarında işləyib. Bundan başqa, "Park Bulvar AVM”in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.