Ölkə 14:48 05.03.2014

Tanınmış jurnalist ölüm ayağındadır

Anasını bu günlərdə itirən tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komadadır!   

Əgər dövlət tərəfindən yardım olmasa, biz onu həmişəlik itirə bilərik...   

Tanınmış mərhum satirik şair Rüfət Əhmədzadənin istedadlı jurnalist oğlu Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib.   BBC Azərbaycan xidmətinin prodüseridir. 

1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb.   1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.   Zülfüqar rüfətoğlu həm də "Publika.az" saytında müəllif yazıları ilə çıxış edirdi.

ANN.Az