Ölkə 17:35 22.10.2018

Tanınmış jurnalist növbəti dəfə əməliyyat olunacaq

"3-cü gün Poltava vilayət xəstəxanasında kardocərrah Roman Ryabuşka tərəfindən ürəyimə daha iki stend qoyulacaq. Müayinələrin nəticələri qənaətbəxşdir”.

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış jurnalist Səbuhi Məmmədli Facebook səhifəsində yazıb.

O, qaraciyərində yaranan problemə görədə  müayinədən keçdiyini bildirib.

"Artıq qaraciyərimin müalicəsinə başlamışam. Bir az problemlər var, amma ciddi müalicə nəticəsində həllini tapacaq”

Tanınmış jurnalist qələmə alacağı mövzulardan da söz açıb:

"Burada yazmalı, araşdırmalı çox maraqlı mövzular var. İnşallah, səhhətim imkan verən kimi yazacam. Təki çap edən, yayımlayan olsun”

Qeyd edək ki, jurnalist bir müddətdir ki, səhhətində yaranan problemlərdən əziyyət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.