Hüseynbala Səlimov
Ölkə 14:09 21.09.2017

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi (YENİLƏNİB)

Tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.

"Qaynarinfo" xəbər verir ki, jurnalistin oğu Turqut Əzizlinin “Report”a verdiyi məlumata görə, atası səhər saatlarında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.

Onun sözlərinə görə, hazırda atası xəstəxananın reanimasiya şöbəsindədir: “Hazırda səhhəti normaldır, amma hələlik narkozdan ayılmayıb. Ona görə də yanına kimsə buraxılmır”.

Turqut onu da qeyd edib ki, Azər Hüseynbalanın ürəklə bağlı problemi olmayıb: “Onun sadəcə hipertoniyadan (təzyiqin yüksək olması) şikayəti var idi”.

Qeyd edək ki, tanınmış jurnalist ötən gün infarkt keçirirək xəstəxanaya yerləşdirilib.

***

11.30

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.

Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Jurnalist bu gün əməliyyat olunacaq. 


Qaynarinfo.Az