Dünya 18:00 06.09.2017

Tanınmış jurnalist və aktivist qətlə yetirildi

Hindistanın tanınmış jurnalist və aktivisti Qauri Lankeş qətlə yetirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, jurnalist Karnataka əyalətində yerləşən evində silahlı hücuma məruz qalıb və nəticədə dünyasını dəyişib. Bölgənin polis idarəsi hücumu təsdiqləyib.

Lankeş Patrika adlı həftəlik jurnalın redaktoru olan Qauri Lankeş millətçilər əleyhinə mövqeyi və yazıları ilə məşhur idi.

Hakimiyyətdəki Hindistan Xalq Partiyasının deputatlarının qarışdığı korrupsiya işləri barədə yazı yazandan sonra təhqirdə ittiham edilmişdi. 

Qeyd edək ki, Lankeş tez-tez millətçilər tərəfindən hədələnirdi. 

Gülşən

Qaynarinfo.Az