Ölkə 11:35 26.02.2020

Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür

Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür.

Qaynarinfo Qanunla.az-a istinadən xəbər verir ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub. Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.Mərhumun bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin...