Ölkə 13:57 30.05.2018

Tanınmış jurnalistə vəzifə verildi: şöbə rəisi oldu

Jurnalist Qabil Babayev Bakı Bus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.

Qaynarinfo xəbər verir ki, BDU Jurnalistika fakültəsinin məzunu Q.Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə Yevlax TV MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, qurumun bundan öncəki mətbuat katibi Mansur Piriyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilib.