Ölkə 11:45 17.04.2019

Tanınmış məhbuslar azadlığa çıxmaq üçün məhkəməyə müraciət etdi

4 məhbus vaxtından əvvəl azad edilmələri ilə  bağlı ötən günlərdə məhkəməyə ərizə təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, hüquq müdafiəçisi Rəsul Cəfərov bu barədə sosial şəbəkədə yazıb. O, həmin şəxslərin adlarını açıqlayıb:

Səid Dadaşbəyli - 13 il 6 aydan 1 il 3 ayı qalıb

Cahangir Kərimov - 13 il 6 aydan 1 il 3 ayı qalıb

Ceyhun Əliyev (Hepatit-B xəstəliyindən də əziyyət çəkir) - 14 ildən 1 il 9 ayı qalıb

Ziya Əsədli (jurnalist) - 3 ildən 1 il 4 ayı qalıb”.