Tanınmış meyxanaçılar Rüfət Kərimov, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.
Qaynarinfo trend-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslərin karantin qaydalarını pozduğu aşkar olunub.
Qeyd olunan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə olunublar.
Şərhlər