Tanınmış rəqqas Nicat Azadlı avtomobildə həyat yoldaşına qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı videogörüntüyə aydınlıq gətirib.
Nicat Azadlı Qaynarinfo-ya açıqlamasında sözügedən videonun keçmiş həyat yoldaşı tərəfindən yayıldığını bildirib:
"Keçmiş həyat yoldaşım bunu pula görə etdi. Mənə qarşı tələ qurub. Faktlar var, "istədiyim pulu verməsən bunu sosial şəbəkədə paylaşacam" deyirdi. Bu məsələ uzun zamandır ki, bizim aramızda gedir. Bir uşağımız var, aliment kəsilib. Heç bir narahatçılığımız yoxdur. Uşaq onda qalıb, alimentini də hər ay alır".
Nicat Azadlı bildirib ki, həyat yoldaşının ondan tələb etdiyi pul başqa məqsədlər üçündür:
"Deyir ayrılmışam, özümə diplom alacam, işləməliyəm. Hamısı pul tələsidir. Ailəsi ilə yaşayır, mənim evim yoxdur, kirayədə yaşayıram. Bundan sonra hansı addım atacağamsa, onunla bağlı səhifəmdə paylaşım edəcəm"
Qeyd edək ki, sosial şəbəkədə tanınmış rəqqas Nicat Azadlının avtomobildə keçmiş həyat yoldaşına qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı video yayılıb. Qadın onun bu hərəkətinə görə keçmiş ərindən şikayət edib.
Bahar Rüstəmli
Şərhlər