Siyasət 13:00 17.06.2013

Tanınmış şair Əli Kərimlinin partiyasına qoşuldu

Bəxtiyar Hidayət: “Bu gün ölkədə ən prinsipial, mübariz, fəaliyyətində ardıcıl partiya kimi AXCP-ni görürəm".

Bugünlərdə şair Bəxtiyar Hidayət də AXCP sıralarına qoşulmaq qərarına gəlib. Bəxtiyar Hidayət “Azadlıq”a açıqlamasında bildirdi ki, həmişə mübarizənin ön sıralarında olub, ancaq heç bir partiyada təmsil olunmayıb. Bu gün isə AXCP-də olmağa qərar verib: “Düşünürəm ki, tək mübarizə aparmaqla böyük qələbəyə nail olmaq mümkün deyil. Bu gün ölkədə ən prinsipial, mübariz, fəaliyyətində ardıcıl partiya kimi AXCP-ni görürəm və onun sıralarında mübarizə aparmaq istəyirəm. Öləkədə digər müxalifət təşkilatları da var. Mən bütün demokratik qüvvələrin ”Milli Şura"da birləşməsini istəyirəm. Bu gün ən çox basqılara məruz qalan, ən çox hakimiyyətin repressiya maşınına tuş gələn və bununla belə rejimlə mübarizədə geriyə çəkilməyən AXCP-nin sıralarında sıravi üzv olmağı borc bilirəm. Bütün qələm dostlarıma, ziyalı insanlara səslənmək itəyirəm ki, mübarizəyə qoşulun, artıq vaxtdır. Inanıram ki, birlikdə qələbəyə nail olacağıq"- deyə Bəxtiyar Hidayət bildirdi.

Qaynar.info