Maqazin 13:22 22.12.2017

Tanınmış stilist Nigar Camalı biabır etdi

Tanınmış stilist Anar Ağakişiyev müğənni Nigar Camalı zövqsüz adlandırıb.

Qaynarinfo xəbər verir ki, stilist bu barədə ARB-də yayımlanan "Səhər-səhər" verilişində deyib. O, müğənninin zövqlə bağlı problemləri olduğunu diqqətə çatdırıb.

"Nigar Camalın zövqlə bağlı problemləri var. Onun geydiyi paltarları estradada heç kim geyinməz. Mən dəfələrlə efirdə üzünə də demişəm ki, o, zövqsüzdür", - deyə o, bildirib.

Stilist Azərbaycan səhnəsində zövqlə geyinən xanımların adlarını açıqlayıb. O, həmin siyahıda teleaparıcı Nərgiz Cəlilova, müğənnilər Röya Ayxan, Aygün Kazımova və Brilliant Dadaşovanın adını çəkib.