Maqazin 11:57 27.09.2018

Tanınmış teleaparıcı "Lider" TV-dən ayrıldı (FOTOLAR)

Tanınmış aparıcı Könül Muxtarova "Lider” TV-dəki fəaliyyətinə son qoyub.

Qaynarinfo Oxu.az-a istinaden  xəbər verir ki, o, bundan sonra ARB TV-də aparıcılıq edəcək.

Həftəsonu səhər şousu ilə efirə çıxmağa hazırlaşan Könül Həmid Özgürlə "Kim yatmış, kim oyaq” adlı proqramda aparıcılıq edəcək.

Qeyd edək ki, Muxtarova "Lider” TV-də "7 gün”, "Fortuna” kimi proqramların aparıcısı olub. Həmid isə sonuncu dəfə ARB TV-də "Turist” verilişini idarə edirdi.