Sənət 19:27 24.01.2022

Tanınmış türk aktyor vəfat etdi

Məşhur türk aktyor Ayberk Pekcan vəfat edib.

Qaynarinfo-nun istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Ayberk Pekcan 1970-ci ildə Mersində anadan olub. O, "İhlamurlar Altında”, "Yaprak Dökümü”, "Kurtlar Vadisi” və "Keşanlı Ali Destanı” seriallarında oynayıb. 2010-cu ildə baş rolda oynadığı "Saçlar” bədii filmi milli və beynəlxalq kinofestivallarda mükafatlar alıb. 2012-ci ildə ekranlara çıxan "Aşk ve Devrim” filmindəki roluna görə 23-cü Ankara Beynəlxalq Film Festivalında "Ən yaxşı köməkçi kişi aktyoru” mükafatına layiq görülüb.