Ölkə 13:00 01.06.2018

Tarix açıqlandı: çimərlik mövsümü nə vaxt açılacaq?

Çimərliklər iyun ayının 15-dən istifadəyə veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov açıqlama verib.

O xatırladıb ki, çimərliklərdə monitorinqlərin aparılmasında məqsəd çimərlik mövsümünün başlanması ilə əlaqədardır: "Monitorinqlərin nəticələri bütün müvafiq, icraedici qurumlara göndərilib. Bir şəxsin hər hansı xəstəliyə yoluxması hamımız üçün təhlükədir, bu məsələyə nəzarət etmək lazımdır".