Ölkə 09:50 21.05.2019

Tarix İnstitutunun aparıcı elmi işçisi vəfat edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı vəfat edib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, İnstitutun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tofiq Məmmədov 84 yaşında dünyasını dəyişib.

T.Məmmədov 1935-ci il avqustun 5-də Şərurda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bakı Dövlət Universitetində 15 il (1970-1982; 1992-1994; 2008-2009) pedaqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan tarixşünaslığında ilk dəfə məhz o, yunan-latın, bizans, suryani, gürcü, ərəb dilində olan çoxsaylı mənbələri, Azərbaycan və xarici tarixçilərin ən yeni tədqiqatlarını, nəşr olunmuş arxeoloji və etnoqrafik materialları tədqiqata cəlb edilməklə Qafqaz Albaniyasının IV-VII əsrlər tarixini araşdırıb. 31 nəşr olunmuş elmi əsərin, 3 monoqrafiyanın müəllifi olub.