İdman 23:52 04.02.2014

Tatar qızı Olimpiya kəndinin meri seçildi - VİDEO

Dünya çempionu Yelena İsinbayeva Olimpia kəndinin meri olduğunu "Instagram" hesabında açıqlayıb

Olimpiya çempionu Yelena İsinbayeva 2014-cü il Qış Olimpiadası idmançılarının qalacağı Olimpia Kəndinin meri olduğunu açıqlayıb.

Ans press-in məlumatına görə, 2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən “İlin ən yaxşı idmançısı” seçilən ikiqat Olimpia və dünya çempionu Yelena İsinbayeva Olimpia kəndinin meri olduğunu "İnstagram" hesabında açıqlayıb.

Əvvəlcə hazırlıq keçən və yanvarın 30-da isə Olimpiya Kəndindəki ofisində işə başlayan Olimpiya çempionu bütün heyətlərin və Beynəlxalq Olimpiya Komitəsi səlahiyyətlilərinin də iştirak edəcəyi bir yığıncaq hazırlamağı planlaşdırır.

Qeyd edək ki, rus idmançısı idmançıların maraqlarını qorumaq üçün yerinə yetirəcəyi vəzifəyə görə xoşbəxtlik hissi duyduğunu bildirib.


Qaynar.info