Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi:  Xəsarət alan var

Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi: Xəsarət alan var

Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Qaynarinfo oxu.az-a istinadən bildirir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib.

Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR