Dünya 18:51 28.07.2018

Aparıcı Ərdoğana diktator dediyi üçün işdən çıxarıldı

Tailandlı TV aparıcısı Fitafon Eariyakun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana diktator dediyi üçün işdən çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu Mesut Özilə qarşı edilən ayrıseçkilik məsələsinin müzakirə edildiyi proqramda aparıcı Ərdoğan barədə "1000 otaqlı saray inşa edən, seçkilərdə hiylə işlədən, jurnalistlərə təzyiq göstərən diktator" fikrini səsləndirib. 

Tailandda fəaliyyət göstərən "Sülh üçün Müsəlmanlar" təşkilatı bu mövqeyə görə jurnalistin cəzalandırılmasını tələb edib. Daha sonra gündəmə düşən məsələ Eariyakunun işdən çıxarılması ilə nəticələnib.

Firafon Eariyakun Türkiyənin Tailanddakı səfiri Evrən Dağdələn Akgündən işlətdiyi ifadəyə görə üzr istəyib.

Gülşən