Sənət 17:14 14.07.2014

Teatr kollektivi Mehriban Əliyevaya müraciət etdi

Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya minnətdarlıq məktubu göndərib. 

“Qafqazinfo” xəbər verir ki, məktubda mərhum aktrisanın ağır vəziyyətində Mehriban Əliyevanın onun müalicəsini İsraildə davam etdirilməsi üçün göstəriş verməsi, ailəsini tək buraxmaması, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlikdə qoymadığı öz əsini tapıb:

“…Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq.

Hörmət və minnətdarlıq hissi ilə, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi”

Qaynar.info