Ölkə 22:37 28.06.2020

TƏBİB Azərbaycanda koronavirusla bağlı son statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu günə olan koronavirus statistikasını açıqlayıb. 

Məlumatda bildirilir ki, bu gün 7106 test edilib. Onlardan 534-ü pozitiv çıxıb. Bununla da ümumilikdə edilən testlərin sayı 468 967-yə çatıb.

Hazırda ölkədə aktiv xəstə sayı 7200-dür. Onlardan 209-u reanimasiyada, 36-sı süni tənəffüs cihazına qoşuludur.