TƏBİB-dən Səməd Səmədovun ölümü ilə bağlı açıqlama

TƏBİB-dən Səməd Səmədovun ölümü ilə bağlı açıqlama

"Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb". 
 
Bunu AZXEBER.COM-a açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: "Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub. Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda  koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. 
 
Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".
XƏBƏRLƏR
BLOGLAR
X