Ölkə 11:05 04.12.2020

TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu (FOTO)

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) kadr dəyişikliyi olub.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, TƏBİB-in şöbə müdiri Şükür Eyvazov öz istəyilə vəzifəsindən azad edilib.

Şükür Eyvazov Modern.az-a açıqlamasında bir müddət əvvəl TƏBİB-dən ayrıldığını təsdiqləyib.

Digər məlumata görə, Ş.Eyvazov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Hospitalına rəis təyin edilib.