Ölkə 14:08 23.01.2022

Təbrizdə güclü zəlzələ

İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərində 4.4 gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, zəlzələ bu gün səhər saatlarında yerin 15 kilometr dərinliyində baş verib.

Dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.