Ölkə 08:51 14.06.2018

Tədris ili başa çatır: Bu gün son zəng çalınacaq

Bu gün Azərbaycanda 2017/18-ci dərs ili başa çatacaq və bütün ümumi təhsil müəssisələrində "Son zəng” çalınacaq.

Qaynarinfo xəbər verir ki, "Son zəng" tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Qeyd edək ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

Təhsil naziri Ceyhun Bayramov "Son zəng” tədbiri haqqında əmr imzalayıb. Müvafiq əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. 

Əmrdə məktəb rəhbərlərinə "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən "Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.