Dünya 17:41 04.11.2019

Tehrandan çox təhlükəli nüvə bəyanatı: “Arıtq 60 ədədimiz var...”

ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə İran və P5+1 arasındakı nüvə sazişini tərk etməsindən sonra artan gərginlik fonunda bu gün Tehran rəhbərliyi çox sərt və qorxulu ifadələr işlədib.

Qaynarinfo xəbər verir ki, İranın nüvə silahı hazırlamasının qarşısını almağı nəzərdə tutan razılaşmanın dəyərini itirməsindən sonra yeni addımlar atan Tehran rəhbərliyi 60 ədəd inkişaf etmiş IR-6 sentrifuqa hazırlayıb. 

Bu haqda İran Atom Enerjisi Agentliyinin prezidenti Əli Əkbər Salehi öz açıqlamasında deyib:

"Bu gün 30 IR-6 sentrifuqanın istifadəyə verildiyinin şahidi oluruq. Bu hərəkət İranın imkanlarını və qətiyyətini göstərir".

Qeyd edək ki, bu rəqəm son illərdə İrana tətbiq olunan həddən iki dəfə çox olduğu üçün beynəlxalq ictimaiyyət bu açıqlamaya çox geniş yer ayırıb. IR-6 sentrifuqası ilk nəsil IR-1-dən düz 10 dəfə daha sürətli şəkildə zənginləşdirilmiş uran istehsal edə bilir. Keçmiş razılaşma İrana yalnız ilk nəsil IR-1-dən istifadə edərək zənginləşdirilmiş uran istehsal etməyə imkan verirdi. Əldə edilən zənginləşdirilmiş uran nüvə silahı istehsalında istifadə edilə biləcəyi üçün böyük bir təhlükə hesab edilir.

Alpər