Ölkə 13:47 07.05.2021

Təhsil eksperti buraxılış imtahanlarının nəticələrindən danışdı

"Buraxılış imtahanlarında kifayət qədər yüksək göstəricilər var”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov buraxılış imtahanlarının nəticələrindən danışarkən deyib. Onun sözlərinə görə, imtahanın nəticələri cari illə müqayisədə çox yaxşıdır:

"15-16 apreldə 11 bölgəmiz üzrə 26 mindən çox şagirdin imtahan nəticələri elan olunub. Artıq bir nəfər şagird maksimum bal toplayıb - 300 bal. Kifayət qədər orta və yüksək göstəricilər var. Bu onu deməyə əsas verir ki, cari il üçün gözlədiyimiz imtahanlarda balların aşağı düşmə ehtimalı çox aşağıdır. Yəni, çox azdır. Dünən açıqlanan 15-16 mayda keçirilən imtahanlarda çox sayda şagirdin 200-250-dən yuxarı bal toplaması nəticələrin ötən ilkindən o qədər də aşağı düşməyəcəyini göstərir. Nəticə cari illə müqayisədə çox yaxşıdır”.
 
 

Təhsil eksperti hələ qarşıda iki imtahanın olduğunu deyib:

"Bir sınaq imtahanından sonra şagirdlər daha yaxşı hazırlaşırlar. Hesab edirəm ki, builki imtahanlarla bağlı hətta rəsmi dairələrdən verilən proqnozlar özünü doğrultmadı. Ən yaxşı nəticələr Azərbaycan dilindən olub, amma riyaziyyat fənni bir az çətin olub. İkinci yerdə xarici dillə bağlı nəticələr dayanır. Nəticələri yaxşı qiymətləndirirəm”.

Bahar Rüstəmli