Ölkə 16:51 26.07.2018

Təhsil eksperti imtahan sualında səhv tapdı

"Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz "Facebook” hesabında paylaşıb. 

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir: "Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”. 

Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.

Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.