Ölkə 12:24 12.06.2018

Təhsil İdarəsindən “Son zəng” açıqlaması: məktəb daxilində və iki saat...

İyunun 14-də bütün məktəblərdə "Son zəng” tədbiri keçiriləcək. Tədbir yalnız məktəb daxilində olmalı və iki saat davam etməlidir.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

"Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edilib. Builki "Son zəng” tədbirləri də yüksək səviyyədə keçiriləcək”, - o qeyd edib.

Məhəbbət Vəliyeva bildirib ki, bu il Bakı məktəblərini 26 min nəfərdən çox XI sinif şagirdi bitirəcək: 

"27 min nəfərdən çox isə IX sinif şagirdləri orta təhsillərini tamamlayır. İyunun 21-də Bakıda həm IX, həm də XI siniflərdə buraxılış imtahanları keçiriləcək”.