Ölkə 20:53 10.06.2021

Təhsil nazirindən müəllimlərin işəqəbul imtahanları haqqında açıqlama

"Yay ərzində müəllimlərin işəqəbul imtahanını da keçirməyi düşünürük”.

Qaynarinfo xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün "Facebook” hesabında canlı yayım zamanı bildirib.

"13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işəqəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.

O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: "Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur”.