Təhsil Nazirliyi Murad Dadaşovu tədbirə çağırdı, qalmaqal yarandı

Təhsil Nazirliyi Murad Dadaşovu tədbirə çağırdı, qalmaqal yarandı

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Xalq artisti Murad Dadaşovun iştirakına etirazını bildirib.

Qaynarinfo xəbər verir ki, o, tənə ilə Dadaşovu "təhsil eksperti” adlandırıb:

"Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dediki ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. "Təhsil eksperti” Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər.

Gerizəkalılığa diqqət edin: ən azından fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı Emin Əmrullayev verməyindənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi.

Bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi, qalibləri səmimi qəlbdən təbrik edirəm”.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR