Ekonomiks 18:23 10.06.2019

Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb (SƏRƏNCAM)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.