Ölkə 17:31 12.08.2017

Tələbə adını qazanan jurnalist övladları (SİYAHI)

Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. 

Tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var. "Qaynarinfo" azfakt.com-a istinadən onların siyahısını təqdim edir: 

"Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlının qızı Könül Qərb Universitetinin tərcüməçilik fakültəsində təhsil alacaq.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Fidan Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.

Tanınmış jurnalist Seymur Verdizadənin oğlu Şahin Bakı Mühəndislik Universitetinin dünya iqtisadiyyatı (ingilis dili) ixtisasına qəbul olunub. 

Müstəqil jurnalist  Ramilə Qurbanlının qızı Şəms Azərbaycan Dillər Universitetinin alman dili müəllimliyi ixtisasına qəbul olunub.

Basta.info saytının baş redaktoru Mustafa Hacıbəylinin qızı Humay Xəzər Universitetində ingilis dili müəllimliyi ixtisasına yiyələnəcək.

"Trend” İnformasiya Agentliyinin Mədəniyyət departamentinin rəhbəri Vüqar İmanovun oğlu Əli Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya texnologiyaları fakültəsində oxuyacaq.

"Lent.az” saytının əməkdaşı Səbinə Əvəzqızının övladı Banuçiçək də tələbə adı qazanmış abituriyentlər sırasındadır.

Jurnalist Azər Sarıoğlunun oğlu Tofiq ali təhsili xaricdə - Macarıstandakı universitetdə alacaq.

"Veysəloğlu” Şirkətlər qrupunun mətbuat katibi İlham Məmmədzadənin qızı Məryəm Azərbaycan Dövlət Tibb Universitetində oxuyacaq..

"Reytinq” qəzetinin redaktoru Fazil Əhmədin qızı Lamiyə Azərbaycan Dövlət Dillər Universitetinə qəbul olunub.

"Olaylar” İnformasiya Agentliyinin redaktoru Fatma Abasquliyeva da tələbə anası olub,  oğlu ali məktəbdə təhsil alacaq.

"Pia.az" saytının baş redaktoru Azər Qaramanlının oğlu Turqut Xəzər Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul olunub.

Cumhuriyyet.az saytının baş redaktoru Nəsimi Şərəfxanlının oğlu Xantural Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman menecementi fakültəsinə qəbul olunub.

Savash.org saytının baş redaktoru Zülfüqar Savaşın qızı Türkan Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub. 

"10may.az” saytının rəhbəri Eldəniz Elgünün qızı Aysu Türkiyə universitetində kliniki psixologiya üzrə ali təhsil alacaq.

"Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlının oğlu Faiq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman menecmenti və kommunikasiya fakültəsinə qəbul olunub.

Qaynarinfo.Az