Ekonomiks 15:04 23.02.2019

Telefon rüsumlarından gələn gəlir hara gedəcək?

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Nazirlər Kabinetinin mobil cihazların qeydiyyat rüsumunun qaldırılmasından sonra əldə olunan vəsaitin harada istifadə ediləcəyini açıqlayıb. 

Qaynarfinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan O. Gündüz qurumların adlarını sadalayıb: "30 % Prezidentin Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə NRYTN mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün istifadə ediləcək.

Bu 30% də yuxarıda adıçəkilən qurumlar arasında aşağıdakı qaydada bölünəcək :

- 5% , Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək üçün;

- 25%, NRYTN işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün sərf ediləcək;

- Əldə olunan vəsaitin 70 %- si isə dövlət büdcəsinə köçürüləcək”.