Telefonunuzun enerji ehtiyyatı tez bitir? Səbəbi istifadə etdiyiniz bəzi proqramlar ola bilər.
"Qaynarinfo"nun məlumatına görə, enerjini ən çox istifadə edən proqramlar sırasında ilk yeri "Facebook" sosial şəbəkəsi tutur. Bu sosial şəbəkənin
tətbiqindən istifadə etdiyiniz müddətdə telefonun enerjisi sürətli şəkildə tükənəcək.
"Whatsapp" bu baxımdan siyahıda ikinci yeri tutur.
Antivirus proqramları
Telefonunuzda bu kimi proqramlar varsa, bilin ki, bunlar tam olaraq enerji tükədən canavarlardır.
Siyahıda növbəti yeri "Snapchat" tutur.
"İnstagram" da enerji ehtiyyaının qənimi olan tətbiqlərdəndir.
"Skype" vasitəsilə görüntülü danışmaq telefonunuzun enerjisini yarıya endirəcək.
"Candy Crush" və bu kimi bütün oyunlar enerjini sürətli şəkildə bitirən proqramlardan hesab olunur.
"Youtube"da vaxt keçirmək, videolar izləmək də telefonun enerjisinə mənfi təsir göstərir.
Və bu siyahı telefonunuzda olan hər bir tətbiq üçün keçərlidir. Siyahıda sadaladıqlarımız isə ilk yerdə gələnlər idi. Bu səbəbdən də istifadə etmədiyiniz proqramları telefonunuzdan silməyiniz məsləhətdir.
Nərmin
Qaynarinfo.Az
Şərhlər