Dünya 14:58 22.07.2013

Telekanal rəhbəri azadlığa buraxıldı

İranın ərəb dilində yayımlanan “əl-Aləm” telekanalının Qahirə ofisinin rəhbəri Əhməd əl-Suyufi iyulun 21-də zəmanətlə azadlığa buraxılıb.

APA-nın “əl-Aləm” telekanalına istinadən məlumatına görə, o, təxminən 1300 ABŞ dolları dəyərində girov qoyub.

Qeyd edək ki, iyulun 20-də Misirin Mətbuata Nəzarət Təşkilatı və təhlükəsizlik qüvvələri “əl-Aləm” telekanalının Qahirə ofisində yoxlama apararaq, telekanalın bütün avadanlıqlarını, o cümlədən kamera və kompüterlərini müsadirə ediblər. Ofisin rəhbəri Ə.əl-Suyufi isə prokurorluqda dindirilmək üçün saxlanılıb. Misir təhlükəsizlik xidmətindən yoxlamaların telekanalın lisenziyasız fəaliyyət göstərməsinə görə aparıldığı bildirilib. “əl-Aləm” İran Dövlət Teleradio Təşkilatına (İRİB) məxsus telekanaldır.

Qaynar.info