Azərbaycanlı iş adamı Telman İsmayılov iki sahibkarın qətlində ittiham olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko açıqlama verib.
O, bildirib ki, azərbaycanlı milyonçu 2016-cı ildə öldürülən iş adamları Vladimir Savkinin və Yuri Brılevinin qətlinin təşkilatçısı hesab olunur.
Bu qətlidə ittiham olunan Telman İsmayılovun qardaşı Rafiq İsmayılov və Mehman Kərimov artıq həbs olunub. İş adamının özü və digər qardaşı Vaqif İsmayılov barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.
Svetlana Petrenko bildirib ki, Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi üçün sənədtər Rusiya Baş Prokurorluğuna təqdim olunub.
Qeyd edək ki, Moskvanın Basman rayon Məhkəməsi bu ilin noyabrın 11-də T.İsmayılov barəsində həbs qətimkan tədbiri seçib. O, iki nəfərin qətlində şübhəli bilinir və həbs qətimkan tədbiri həmin cinayət iş üzrə qəbul edilib. Telman İsmayılovun özü prosesdə iştirak etməyib və həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb. Biznesmen həmçinin qanunsuz silah dövriyyəsində də ittiham olunaraq beynəlxalq axtarışa verilib. Telman İsmayılov qardaşı Vaqiflə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.
Aydın
Şərhlər