Dünya 13:01 10.10.2017

Telman İsmayılovun daha bir şirkəti müflis elan edildi

Tanınmış biznesmen Telman İsmayılovun daha bir şirkəti müflis elan edilib.

"Qaynarinfo" RİA Novostiyə istinadən xəbər verir ki, azərbaycanlı iş adamına məxsus "Praqa-AST" MMC şirkəti Rusiya arbitraj məhkəməsinin qərarı ilə müflis elan edilib. Qərara görə. proses 6 ay müddətində başa çatacaq. Şirkətin müflisləşməsi ilə bağlı hesabatının mart ayının 20-nə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, T.İsmayılov barəsində məhkəmə daha öncə də qərar qəbul etmiş və onun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulmuşdu.

Qaynarinfo.Az