Xəbər lenti

Ötən gün nə qədər adam cərimələnib? - DYP açıqladı
Ölkə 10:28 10.08.2020

Ötən gün nə qədər adam cərimələnib? - DYP açıqladı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 07.08.2020-ci il saat 00:00-dan 08.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan  115 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə  117 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Qaynarinfo-ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 580-i rayon, 830-u paytaxt istiqamətinə olmaqla 1 410, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 300-ü rayon, 355-i paytaxt istiqamətinə olmaqla 655, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 235-i  rayon, 200-ü paytaxt istiqamətinə olmaqla 435 avtomobil geri qaytarılıb, ümumilikdə 2 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->