Dünya 09:35 10.04.2019

Ötən il dünyada neçə nəfər edam edilib?

Ötən il dünyada edam olunan şəxslərin siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amnesty International" təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatında bildirilir ki, 2018-ci ildə dünyada edam hökmlərinin icrası 31 faiz azalıb. 2017-ci ildə 993 nəfər edam edilibsə, 2018-ci ildə bu rəqəm 690 olub. Belə ki, təkcə İranda icra olunan ölüm hökmlərinin sayı 50 faiz azalıb. Müsbət dinamika həmçinin İraq, Pakistan və Somlidə özünü biruzə verib.

Buna baxmayaraq, bir neçə ölkədə edam hökmünün sayı artıb. Bu siyahıya Belarus (4 nəfər), Yaponiya (15 nəfər), Sinqapur (13 nəfər), Cənubi Sudan (7 nəfər) və ABŞ (25 nəfər) daxildir.

Bundan başqa edam hökmü ən çox Çin (təxminən 1000 nəfər), İran (253 nəfər), Səudiyyə Ərəbistanı (149 nəfər), İraq (52 nəfər) və Vyetnamda (85 nəfər) icra olunur.