Xəbər lenti

Tənhalıq hansı xəstəliklərə səbəb olur? - Professordan açıqlama
Sağlamlıq 19:19 14.02.2025

Tənhalıq hansı xəstəliklərə səbəb olur? - Professordan açıqlama

"Əhalinin sosiallığında bir azalma tendensiyası müşahidə olunur. 30-40 il əvvəl insanların sosiallığı xeyli yüksək idi. Qohumlar bir-birinə gedib dərdlərini bölüşüb, ünsiyyətə meyl edərdilər. Bu gün insanlar ünsiyyətdən qaçır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla tənhalığın yaratdığı xəstəliklərdən danışarkən deyib. 

O bildirib ki, bu gün insanlar ətrafdakılarının problemlərini eşitmək istəmirlər:

"Sosial şəbəkələr insanları müəyyən qədər təcrid vəziyyətə gətirib. Halbuki insanların ünsiyyətə, sosial münasibələrə çox böyük ehtiyacı var. Bunu yaddan çıxartmaq lazım deyil. Və ikinci katiqoriya tənha insanlardır. Onların evdə tək qalırlar, kiminləsə ünsiyyət imkanları yoxdur, bəzən özlərinə qapanırlar. Belə olanda müxtəlif növ nevrozlar inkişaf edir, özlərinə əyləncə tapa bilmirlər. Bu cür şəxslərin dövlət qayğısına ehtiyacı qalır. Xarici ölkələrdə sosial və tənha evlər var, kommunikasiya imkanlarının artırılması istiqamətində xeyli işlər görülür ki, adamlar tənha qalmasınlar".
 


Professor tənha insanlarda qorxu, panika yaşandığını vurğulayıb:

"Onlar bir ehtiyac olduqda necə hərəkət etmək lazım olduğunu bilmirlər və daima bunun qorxusunu yaşayırlar. Hesab edirəm ki, cəmiyyətdə sosiallığın artırılması və ümumiyyətlə, insanların tənha qalmaması, sosial həyata təmasının artırılması üçün tədbirlər görülməlidir".

Adil Qeybulla bunun üçün dünyanın hər yerində kompleks tədbirlərin mövcud olduğunu diqqətə çatdırıb:

"Biz də bunu etməliyik. Məsələn, Amerikada qeyri-hökumət təşkilatları yaradılır. Həmin təşkilatlar belə insanlara nəzarət edir. Gedirlər evlərinə, onlarla ünsiyyət qururlar, dərmanlarının içib-içməməsini yoxlayırlar. Bunlar bizdədə olmalıdır".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->