Dünya 22:23 14.03.2019

Təqaüdçülərə "əyyaş" deyən azərbaycanlı deputat istefa verdi

Volqoqrad vilayət Dumasının azərbaycanlı millət vəkili Həsən Nəbiyev mandatından imtina edib. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə Volqoqrad əyalət dumasının mətbuat xidməti məlumat yayıb. Deputat səlahiyyətlərinə təcili son verilməsi üçün ərizə ilə müraciət edib. 

O, eyni zamanda, hakim "Vahid Rusiya” partiyasının sıralarından xaric edilib.

Xatırladaq ki, Nəbiyev az gəlirli təqaüdçüləri təhqir etmişdi. Belə ki, millət vəkili 8 min rubl təqaüd alan insanları "müftəxor" və "əyyaş" adlandırmışdı. Deputat daha sonra bu sözlərinə görə üzr istəsə də, partiya həmkarları ona qarşı sərt mövqe nümayiş etdirmişdilər. Nəbiyevin sözləri martın 10-da volqoqradlıların etiraz aksiyasına səbəb olmuşdu.